Xəbər lenti

Futbolçular şüşəni sındırıb klubu ziyana saldı
İdman 19:42 03.12.2021

Futbolçular şüşəni sındırıb klubu ziyana saldı

AFFA-nın İntizam Komiəsinin növbəti iclası keçirilib.

Qaynarinfo xəbər veri ki, iclasın Birinci Divizionun 10-cu turuna həsr olunmuş hissəsində baş verən ciddi qayda pozuntularına görə aşağıdakı cəza və cərimələr tətbiq edilib. 

"Sumqayıt-2" - MOİK maçında meydan sahibləri futbolçusu Cəlal Cəbrayılovun sarı vərəqə almasına görə 20, təcili tibbi yardım nümayəndəsi oyuna təyin olunan vaxtdan gec gəldiyi üçün isə 160 manat cərimə olunub. 

"Qarabağ-2" - "Zaqatala" matçında "Qarabağ-2" polis nümayəndəsinin təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün 40, 32 nömrəli futbolçu Rəhim Cəfərlinin qırmızı vərəqə ilə meydandan qovulmasına görə 20 manat cərimələnib. Futbolçu isə bir oyunluq cəzalanıb.

"Qaradağ Lökbatan” – "Sabah-2” oyununda "Sabah-2”nin futbolçuları stadiondakı dəhlizin qapısının şüşəsini sındırdığı üçün klub 240 manat cərimə olunub. Vurulmuş zərərin "Sabah-2” tərəfindən qarşılanması ilə bağlı qərar çıxarılıb.
 
"Neftçi-2” – "Səbail-2” oyununda "Neftçi-2”nin 27 nömrəli futbolçusu Fərid Yusifli qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb klub 20 manat cərimə olunub.
 
"Kəpəz” – "Zirə-2” oyununda isə "Kəpəz”in texniki zonda oturan bəzi şəxsləri "A” buraxılış vəsiqəsindən istifadə etmədiyi üçün klub 80 manat cərimə olunub.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->