Əcəmi Əsədulla
İdman 17:04 26.04.2019

Futbolun peyğəmbəri

Əcəmi Əsədulla

"Futbolun tanrısı”. Bu ifadə hər birinizə fərqli futbolçunu xatırladır.

Əminəm ki, bu futbolçuların da əksəriyyəti məhz, hücumçulardır. Heç düşünmüsünüz ki,bu tanrıları bizə tanıtdıranlar kimlərdi?  

"Futbolun peyğəmbəri”. Bəli, doğru oxudunuz. "Futbolun peyğəmbərləri”, yəni, qapıçılar. Bir hücumçu nə qədər parlaq oyun sərgiləyib qolları sıralasa da komandası məğlub olduqdan sonra həmin sərrastlığın əhəmiyyəti qalmır. 

Bu uğurda əlcək sahiblərinin payının danılmaz olduğunun bir göstəricisidir. "Futbol tanrısı”nı tanrı edən "Futbol elçiləri”dir. 

"Futbotun tanrısı” (hücumçular) "Futbol peyğəmbəri”ni (qapıçını) cəzalandırar – Adəmin cəzalanması kimi.

Hər şeyin bitdiyini düşündüyün anda komandasının dadına çatar – Xızır kimi.

Qapıçı komandasını gözləyən təhlükədən xəbərdar edər – Yusif kimi.

O təhlükəni hər futbolçuya fərqli dillə deyər – Süleyman kimi.

Həmin təhlükəni komanda yoldaşlarına səsi batana kimi çatdırar – Davud kimi.

Komandasının sevincinə də, kədərinə də kövrələr -Yaqub kimi 

Oyunun qopma anında elə möcüzələr göstərər ki oyunun taleyi dəyişər – Musa kimi.
 
Zərbələrə elə müdaxilə edər ki bu toxunuşlar tarixdə "qızıl toxunuş” kimi qalar – İsa kimi.

Bəzən ən çətin məqamlarda hücuma atılar və oyunu nəticəsini, tarixi dəyişən kimi dəyişər – Məhəmməd kimi.