Xaricdə təhsil almaq istəyən tələbə və abituriyentlər üçün Bakıda böyük beynəlxalq tədbir keçiriləcək. Təhsil sahəsində fəaliyyət göstərən Global Learning Center tərəfindən təşkil olunan beynəlxalq təhsil sərgisi gənclərə dünyanın müxtəlif ölkələrinin universitetləri ilə birbaşa tanış olmaq imkanı yaradacaq.
Tədbir 12 aprel 2026-cı il tarixində Bakının ən nüfuzlu məkanlarından biri olan Hilton Baku otelində təşkil ediləcək. Sərgidə 50-dən çox xarici universitet, beynəlxalq təhsil təşkilatı və rəsmi nümayəndəlik iştirak edəcək.
Xaricdə təhsil planlayanlar üçün geniş imkanlarTəhsil sərgisinin əsas məqsədi xaricdə təhsil almaq istəyən gəncləri müxtəlif ölkələrin universitetləri və proqramları ilə tanış etməkdir. Sərgiyə qatılan iştirakçılar müxtəlif ölkələrdə bakalavr, magistratura və hazırlıq proqramları barədə məlumat əldə edə biləcəklər.
Tədbir zamanı tələbələr və valideynlər universitet nümayəndələri ilə birbaşa ünsiyyət quraraq qəbul şərtləri, təhsil haqları, təqaüd proqramları və yaşayış imkanları haqqında ətraflı məlumat əldə edə biləcəklər.
Mütəxəssislərin sözlərinə görə, bu tip tədbirlər gənclərin təhsil istiqamətlərini daha düzgün planlaşdırmasına və xaricdə təhsil imkanlarını real şəkildə qiymətləndirməsinə kömək edir.
Sərgidə iştirak edən universitetlər
Sərgidə əsasən Türkiyə, Belarus, Polşa, Ukrayna, Malayziya, Almaniya və Rusiya universitetləri iştirak edəcək. Türkiyənin bir sıra tanınmış universitetlərinin rəsmi nümayəndələri tədbirdə iştirak edərək proqramlarını təqdim edəcəklər.
Şərhlər