"70-ə yaxın yaşım var. Bu günə kimi kirayələrdə yaşadım, bundan sonra ev mənim nəyimə lazımdır. Ayağımın biri o tərəfədir”.
Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Rəhman Rəhmanov deyib.
Aktyor hazırda Biləcəri qəsəbəsində bir otaqlı evdə yaşadığını vurğulayıb:
"Mənim kimi aktyorun bahalı evi olmaz. Bir otaqlı evdir, elə orada yaşayıram. İmkan olsaydı mən də alardım, amma olmadı. Buna da şükür, canım sağ olsun, evi neynirəm. Ömrümün çoxu gedib, azı qalıb".
Aktyor ona dövlət tərəfindən ev verilmədiyini bildirib:
"Səbəbini də bilmədim, məsləhət bilsələr verərdilər”.
Bahar Rüstəmli
Şərhlər