Xəbər lenti

Nazirliklərin saytlarında niyə problem yaranır?
Ekonomiks 12:20 09.04.2026

Nazirliklərin saytlarında niyə problem yaranır?

Azərbaycanda bir sıra dövlət strukturları və nazirliklərin rəsmi internet saytlarında problem yaranıb.

Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, hazırda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Sərhəd Xidməti, Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Səhiyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Energetika Nazirliyi, Mədəniyyət Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi, Elm və Təhsil Nazirliyi, Maliyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi və Xarici İşlər Nazirliyinin rəsmi saytlarına giriş mümkün deyil.

Problemin texniki nasazlıq, kiberhücum və ya digər səbəblərlə bağlı olub-olmadığı hələlik açıqlanmayıb.

Məsələ ilə bağlı aidiyyəti qurumlara sorğu ünvanlanıb.

Qeyd edək ki, günlər öncə də analoji problem baş vermişdi.
--> -->