Xəbər lenti

Bakı Beynəlxalaq Multikultiralizm Mərkəzi nazirin xanımından ofis icarəyə götürür
Ölkə 15:22 09.04.2026

Bakı Beynəlxalaq Multikultiralizm Mərkəzi nazirin xanımından ofis icarəyə götürür

Bakı Beynəlxalaq Multikultiralizm Mərkəzi fiziki şəxs Heydərova Rühəngiz Muxtar qızı ilə satınalma müqaviləsi imzalayıb. 

Qaynarinfo xəbər verir ki, müqavilədə ofis icarəsi nəzərdə tutulur. 

Müqavilənin maliyyə dəyəri 134 492,65 manatdır. Satınalma proseduru birmənbə metodu ilə həyata keçirilib. 

Rühəngiz Heydərova fövqəladə hallar naziri Kəmaləddin Heydərovun xanımıdır. Kəmaləddin Heydərov 2006-cı ildən fövqəladə hallar naziridir. 

Seyid
--> -->