Xəbər lenti

Gənclik massivinin sakinləri “Açıq mikrofon”da (FOTO)
Foto 16:35 09.01.2024

Gənclik massivinin sakinləri “Açıq mikrofon”da (FOTO)

Oğuz rayonunda keçirilən "Açıq mikrofon” aksiyasında ümumilikdə 7 müraciət ünvanlanıb. 

Qaynarinfo xəbər verir ki, mikrofon önünə çıxan sakinlərdən 3-ü fərdi yaşayış evinin qazlaşdırılmasını xahiş edib. Fərdi yaşayış evlərindən başqa Gənclik massivi ilə rayonun Mollalı kəndinin də mavi yanacaqla təmin edilməsini istəyənlər olub. 

Qalan 2 müraciətdə isə küçə qaz xəttinin çəkilməsi ilə bağlı məsələlər öz əksini tapıb. Zaqatala RQİİ-nin rəhbər şəxsləri bildiriblər ki, ünvanlanan müraciətlər araşdırılaraq aidiyyəti üzrə yönləndiriləcək.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->