Xəbər lenti

Günəşə ən uzaq məsafədə yerləşən göy cismi kəşf edildi (FOTO)
Dünya 10:19 18.12.2018

Günəşə ən uzaq məsafədə yerləşən göy cismi kəşf edildi (FOTO)

Günəşə ən uzaq məsafədə yerləşən göy cismi aşkarlanıb.

Qaynarinfo CNN-ə istinadən xəbər verir ki, Beynəlxalq Astronomiya İttifaqının Kiçik Planet Mərkəzi kəşf barədə məlumat yayıb. Göy cismi "VG18" adlandırılıb, lakin tədqiqatçılar yeni kəşflərinə "Farout" deyir. "Farout"un diametrinin 310 mil, rənginin çəhrayı olduğu təxmin edilir. Günəşə çox uzaq məsafədə yerləşdiyi üçün səthində nəhəng buz təbəqəsi ola bilər. "VG18" təxminən 1000 ildir ki, Günəş ətrafında fırlanır. 

Qeyd edək ki, göy cismi Günəşdən 120 AU məsafədə yerləşir (AU - Astronomik vahid, 1AU=93 milyon mil).

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->