Xəbər lenti

Hacı Əbdüldən Milli Şuraya ittiham
Siyasət 13:31 19.06.2013

Hacı Əbdüldən Milli Şuraya ittiham

“Milli Şurada təmsil olunan qüvvələrin bəzilərinin vurduğu zərbələr hələ də xalqın canından çıxmayıb”.

APA-nın məlumatına görə, bunu “Vətən Naminə” İctimai Birliyinin sədri, keçmiş millət vəkili Hacı Əbdül Milli Şuraya münasibət bildirərkən deyib.

O bildirib ki, Milli Şurada təmsil olunanların əksəriyyətinin torpaqlarımızın işğal olunmasında rolu var: “Desəm ki, Milli Şura xalqına, vətəninə bağlıdır, yox, elə deyil. Çünki orada cürbəcür qüvvələrə xidmət edən insanlar var”.

Hacı Əbdülün sözlərinə görə, Milli Şurada olan qüvvələrin vurduğu yaralar hələ də vətənin, xalqın canından çıxmayıb: “Milli Şuranı ilk dəfə Ayaz Mütəllibov yaradıb və o şuranın da Azərbaycana vurduğu zərər göz qabağındadır. Ona görə də bu Milli Şura gərgin dövr yaşayacaq. Müxalif qüvvələr nəyin bahasına olursa-olsun, hakimiyyətə gəlmək istəyirlər. Vətənin, xalqın taleyi onları maraqlandırmır”.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->