İdman 11:12 17.09.2021

Həftənin oyunçusu adına namizədlər açıqlandı

UEFA Konfrans Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.

Qaynarinfo qurumun rəsmi saytına istindən xəbər verir ki, namizədlər "Makkabi"dən (Təl-Əviv, İsrail) Stipe Peritsa, "Kopenhagen"dən (Danimarka) Conas Vind, "Roma"dan (İtaliya) Lorentso Pelleqrini və LASK-dan (Avstriya) Dario Maresiçdir.

Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasında səsvermədən sonra bəlli olacaq.
 
Səbuhi Həsənov