Xəbər lenti

İdman 16:58 02.04.2020

Həkim idmançılara səsləndi: "Evdə olun, amma hərəkətsiz olmayın"

"Virus barədə artıq nəsə deməyə ehtiyac yoxdur. Sadəcə, evdə qalmaqla bu təhlükəni xeyli azaltmış olarıq".

Bu sözləri Sport7.az-a idman həkimi Rəhim Məhərrəmov koronavirus pandemiyası haqda danışarkən deyib. 

O, ölkədəki xüsusi karantin rejiminə görə məşqlərdən uzaq qalan idmançılara öz tövsiyyələrini bildirib:

"Heç kim korovavirus pandemiyasının nə zaman tam bitəcəyi barədə qarantiya verə bilməz. Özümüz özümüzə kömək etməsək, heç bir həkim, heç bir xəstəxana bunun qarşısında dayana bilməz.

Bütün idmançılara evdə qalmağı tövsiyyə edirəm. Amma bu, o demək deyil ki, divanda oturub bütün günü telefonla oynasınlar. Hər kəs evin bir küncündə özünə lazım olan balaca idman güşəsi düzəldə bilər. Səhər-axşam az da olsa ümumi idman hərəkətləri etmək lazımdır. Bu, həm isinmə hərəkəti, həm də əzələ ücün müxtəlif hərəkətlər ola bilər.
 


Zədəli idmancılarımız ev şəraitində müxtəlif kremlərdən, kompreslərdən istifadə etməklə zədələrini sağaltmağa çalışsınlar. Amma hərəkətsiz oturmasınlar. Çünki idmançının əzələsi gündəlik yükləmə görməyəndə gücdən düşür. Sonra onu özünə gətirmək çox cətin olacaq.

İnşallah, bu bəladan tezliklə tam qurtularıq və hamı öz işinə, o cümlədən idmançılarımız gündəlik məşq prosesinə qayıdarlar. Hazırda isə, hamılıqla qoyulan qadağalara riayət etməliyik. Evdə olun, amma hərəkətsiz olmayın..."

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də koronavirusu pandemiya elan etdikdən sonra bütün dünya ölkələrində, həmçinin Azərbaycanda idman yarışları təxirə salınıb, hamıya evdən bayıra çıxmamaq tapşırılıb. 

Röya Kərimli


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->