Kartof xüsusən də düzgün olmayan şəkildə bişirildikdə, bədənə əhəmiyyətli dərəcədə zərər verə bilər.
Qaynarinfo xəbər verir ki, bu haqda həkimlər "Change” nəşrinə açıqlamasında bildiriblər.
Mütəxəssislərin fikrincə, fransız qızartması (fri) sağlamlıq üçün ən təhlükəlidir, çünki yemək zamanı temperaturu təxminən 180 dərəcəyə çatan yağda qızardılır - nəticədə toksinlər və kanserogen maddələr də daxil olmaqla zərərli maddələr istehsal olunur. Yağ təkrar-təkrar istifadə olunduğundan, yeməyin içindəki toksinlərin miqdarı hər yeni porsiyada artır. Nəticədə bu şəkildə qızardılmış kartof sağlamlıq üçün təhlükəli bir yeməyə çevrilir. Sistematik istifadəsi kökəlməyə, diabetə və ürək xəstəliyinə şərait yaradır.
Həkimlər qabığıyla bişirilmiş kartofa üstünlük verməyi məsləhət görürlər – o halda kartof hətta qaraciyər problemi olan insanlara belə ciddi zərər vermir.
Alpər
Şərhlər