Qaynar.info-nun məlumatına görə, bu barədə France-Presse Agentliyi Bolqarıstan Xarici İşlər Nazirliyinə istinadən məlumat verib.
Bolqar xüsusi xidmət orqanlarının əməkdaşları onların yerləşdikləri oteldən çıxararaq, aeroporta aparıblar. Oradan isə HƏMAS üzvləri İstanbula göndərilib. Bolqarıstan xarici işlər naziri Çvetan Çvetanovun sözlərinə görə, nümayəndə heyəti ölkəyə qanuni şəkildə gəlsə də, onlar hökumətə gəlişləri barədə məlumat verməyiblər.
"Jerusalem Post" qəzeti isə bildirib ki, nümayəndə heyəti qeyri-dövlət təşkilatı olan Yaxın Şərq Araşdırma Mərkəzi tərəfindən dəvət olunub.
Qaynar.info
Şərhlər