Sağlamlıq 19:29 14.02.2020

Həyatı boyu 10-dan çox cinsi partnyoru olanların xərçəngə tutulma riski daha yüksəkdir

Aparılan araşdırmalara görə, həya boyunca 10-dan çox cinsi partnyoru olan şəxslərin xərçəng xəstəliyinə tutulma riski digərləri ilə müqayisədə daha yüksəkdir.

Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, sözügedən araşdırma "BMJ Sexual & Reproductive Health" adl tibb dərgisində yayımlanıb. Bu müşahidə xüsusilə qadınlarda özünü göstərir. Belə ki, sadəcə bir partnyoru və ya ümumiyyətlə cinsi partnyoru olmayan qadınlarla müqayisədə 10-dan çox partnyoru olan qadınların xərçəngə tutulmas riski 91 faiz daha çoxdur.

İngiltərə, Avstraliya, Türkiyə, Kanada və İtaliyadan olan mütəxəssislərin apardığı araşdırmanın nəticələrinə görə, kişilərdə bu nisbət 64 faizdir.

Həmçinin bunun uzunmüddətli xəstəliklərin ortaya çıxmasına da böyük təsiri var.

Araşdırmanın subyekti 50 yaşdan yuxarı qadın və kişilər olub. Belə ki, 5722 iştirakçıdan 2012-2013-cü illər arasında neçə partnerlərinin olduğu və hazırda səhhətləri ilə bağlı suallar ünvanlanıb. Anket sorğusunda iştirak edənlərin ortalama yaşı 64 və üçdə ikisinin evli olduğu qeyd edilir. Tədqiqatçıların fikrincə gənc yaşlarında cinsi partneri çox olanlar arasında siqaret çəkmə və içki içmə faizi də daha yüksəkdir. Kişi iştirakçıların 22, qadınların isə 8 faizi 10-dan daha çox cinsi parnerləri olduqlarını ifadə ediblər.

Araşdırma müəlliflərindən olan Li Smit verdiyi açıqlamada qadınlarda xərçəngə yoluxma riskinin yüksək olmasının cinsi yolla keçən xəstəliklərdən qaynaqlanmış ola biləcəyini ifadə edib. Digər tədqiqatçı Robert Edvars isə siqaret və spirtli içkinin təsirinin böyük ola biləcəyi fikrini irəli sürüb.

Lakin mütəxəssislər konkret olaraq səbəbi açıqlamayıblar. İştirakçılar arasında xərçəngə tutulanların sayının az olması isə xərçəng növlərini müqayisə etməkdə də çətinlik yaradıb.

Camal