Heydər Əliyev Beynəlxalq Aeroportunda "e-Gate"
adlı iki elektron sərhəd-keçid məntəqəsi quraşdırılıb.
Bunu "APA-Economics"ə "İdrak Technology
Transfer" şirkətindən deyiblər.Şirkətdən bildirilib ki, yeni
avtomatlaşdırılmış məntəqənin funksionalı tam olaraq gələn həftə işə salınacaq.
"Funksional ondan ibarətdir ki, heç bir insan faktoru
olmadan vətəndaş pasportunu özü skan edəcək. Məlumatların uyğunluğu
yoxlanılacaq və heç bir nöqsan olmadığı təqdirdə keçid qapıları açılacaq və vətəndaş
məntəqədən keçə biləcək. Bu prosedur 30 saniyə ərzində baş tutacaq. Hələ ki,
sözügedən funksional yerli vətəndaşlar üçün nəzərdə tutulur", - deyə şirkətdən
qeyd ediblər.
Şərhlər