XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Qəhvə əslində enerji vermir: Kofein yorğunluq hissinə necə təsir edir?
Sağlamlıq08:45 29.09.2026

Qəhvə əslində enerji vermir: Kofein yorğunluq hissinə necə təsir edir?

Günün ikinci yarısında bir fincan qəhvə ilə özünü gümrahlaşdırmaq bir növ nevroloji aldatmadır.

Qaynarinfo xəbər verir ki, "Science Blog"un yazdığına görə, kofein əslində orqanizmi enerji ilə təmin etmir, sadəcə yorğunluq siqnallarını ötürən reseptorları bloklayır.

Sinir hüceyrələri yorğunluq səviyyəsini adenozin reseptorları vasitəsilə müəyyən edir. Kofein molekulları isə həmin reseptorlara bağlana bilir. Məlumata görə, kofein adenozin reseptorlarının dörd tipinin hamısını bloklayır və onlardan biri ayıqlığın qorunmasında mühüm rol oynayır.

Beləliklə, adenozin yığılmaqda davam edir, lakin reseptorlar bloklandığı üçün yorğunluq siqnalı beyinə lazımi şəkildə çatmır.

Reseptorların bloklanması orqanizmdə artıq yığılmış yorğunluq səviyyəsinə təsir göstərmir. Kofeinin təsiri davam etdiyi müddətdə adenozin bloklanmış reseptorların qarşısında yığılmağa davam edir. Bu, kofeinlə zəngin keçən uzun günün sonunda insanın qəfil güclü yorğunluq hiss etməsini izah edə bilər.

Kofeinə alışqanlıq necə yaranır?

2010-cu ildə aparılan araşdırmada 379 iştirakçı 16 saat ərzində kofein qəbulundan uzaq tutulub, daha sonra onlara kofein və ya plasebo verilib.

Mütəmadi qəhvə içən iştirakçılarda plasebo qəbulundan sonra ayıqlıq səviyyəsi azalıb və baş ağrısı yaranıb. Kofein isə onları əvvəlki normal vəziyyətə qaytarıb. Kofeini nadir hallarda qəbul edən insanlarda isə kofein ayıqlıq səviyyəsini ümumiyyətlə artırmayıb.

Tədqiqatçılar belə nəticəyə gəliblər ki, müntəzəm qəhvə istifadəsi real üstünlük yaratmaya bilər. Kofein bəzi hallarda sadəcə kofeindən məhrum qalmanın yaratdığı əlamətləri aradan qaldırır.

Bundan əlavə, uzun müddət yüksək dozada kofein qəbul edilməsi beynin adenozin reseptorlarının sayını artırmasına səbəb ola bilər. Reseptorların sayının artması kofeinin təsiri bitdikdən sonra yorğunluq siqnalının daha güclü hiss edilməsinə gətirib çıxara bilər. Nəticədə yorğunluq, yuxululuq və baş ağrısı, xüsusilə səhər qəhvəsini içməyən insanlarda, daha qabarıq şəkildə ortaya çıxa bilər.

Gün ərzində içilən qəhvə niyə gecə yarısına qədər təsir edə bilər?

Kofein orqanizmdən yavaş xaric olunur. “StatPearls” məlumat bazasına əsasən, orta yaşlı sağlam insanda kofeinin yarımparçalanma dövrü təxminən beş saatdır. Bu o deməkdir ki, son qurtumdan beş saat sonra belə qəbul edilmiş kofeinin təxminən yarısı qanda qala bilər.

Aparılan başqa bir araşdırmada 12 sağlam könüllü dörd gün ərzində gündə üç tablet qəbul edib. Tabletlər yuxudan altı, üç və sıfır saat əvvəl verilib. Bu günlərin üçündə tabletlərdən biri 400 milliqram kofein, digər ikisi isə plasebo olub. Qalan günlərdə isə bütün tabletlər plasebo olub.

Araşdırma göstərib ki, kofeinin göstərilən vaxtların istənilən birində qəbul edilməsi yuxuda əhəmiyyətli pozuntulara səbəb ola bilər.

Aydın