Göyərtəsində Hindistan Müdafiə Nazirliyi Baş Qərargının rəisi Bipin Ravatın da olduğu helikopter qəzaya uğrayıb.
Qaynarinfo "India Today”ə istinadən xəbər verir ki, hadisə dekabrın 8-də Hindistanın Tamçiland ştatında baş verib.
Baş Qərargahın rəisi Bipin Ravat Rusiya istehsalı olan Mi-17V5 markalı helikopter qəzasında həlak olub. Bu barədə Hindistanın müdafiə naziri Raçnat Sinqh bildirib.
Onun sözlərinə görə, Baş Qərargah rəisinin həyat yoldaşı və daha 11 hərbçi helikopter qəzasında ölüb.
Qeyd edək ki, Müdafiə Nazirliyinin Baş Qərargah rəisi ştatı 2019-cu ilin dekabrında yaradılıb. O, Hindistan ordusunun Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinin fəaliyyətini əlaqələndirir. O, müdafiə texnologiyası və texnikanın alınması məsələlərini də koordinasiya edir. General Bipin Ravat bu posta təyin olunmuş ilk şəxsdir.
Şərhlər