"Huawei"yə tətbiq olunan sanksiyalar yumşala bilər

ABŞ-ın Xəzinə naziri Steven Mnuçin Prezident Donald Trampın "Huawei”yə tətbiq etdiyi sanksiyaları yumşalda biləcəyini deyib.


Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, nazir Çinlə ticarət müzakirələrində irəlləyiş olsa, sanksiyalarda yumşalma ola biləcəyini bildirib.


Steven Mnuçin ticarət razılaşması olmadığı təqdirdə Vaşinqtonun büdcədəki kəsrləri azaltmaq üçün gömrük tarifkəri tətbiq edəcəyini deyib:


"Donald Tramp ticarət barədə irəlləyiş olsa və müəyyən təminatlar alarsa, "Huawei" haqqında müəyyən işlərin görülə biləcəyini deyir. Çin razılıq yolunda irəliləmək istəsə, ortaya qoyduğumuz şərtlər çərçivəsində hərkət etməyə hazırıq. Əks halda, Tramp tarifləri yenidən tətbiq edəcək”.


 

Nigar

XƏBƏRLƏR
BLOGLAR