Xəbər lenti

Hündürdaban ayaqqabı xəstəlik yaradır (VİDEO)
Video 12:55 16.10.2019

Hündürdaban ayaqqabı xəstəlik yaradır (VİDEO)

Bu gün xanımlar ən çox seçim etdikləri ayaqqabılardan biri də hündürdabandır. Lakin onların seçimi nə dərəcədə doğrudur, onlar bu seçimləri ilə özlərinə hansı zərəri vururlar bunun fərqində belə deyillər.

ARB TV-nin "Günə Doğru” proqramında mövzu ilə bağlı maraqlı süjet hazırlanıb.

Sakin (xanım): "Mən hündürdaban ayaqqabılardan hər zaman istifadə edirəm. Boyum da hündürdü, amma buna baxmayaraq mən hündür dabanı olan ayaqqabıları üstün tuturam”.

Sakin (xanım): "Biz hündür dabanı olan ayaqqabılara vərdiş etmişik. Bəzən bu sümüyün deformasiyasına, bəzən də varikozun yaranmasına səbəb olur deyirlər”.

Hündürdaban ayaqqabılar bir çox xanımlarımızın əvəzedilməzidir, bəziləri boyunu uzun göstərmək üçün, bəziləri də sadəcə dəb üçün bu ayaqqabılardan istifadə edir. Gözəl görünmək üçün geyindiyimiz və uzun müddət üzərində dayandığımız bu ayaqqabıların sağlamlığımıza müəyyən mənfi təsirləri də var. Ekspertlər bununla bağlı çox ciddi xəbərdarlıq edirlər.

Belə ki, uzun müddət hündürdaban ayaqqabı üzərində dayanmaq həm onurğa problemlərinə, həm də ayaqda müəyyən mənfi təsirlərə gətirib çıxarır”.

Nigar Ömərova – Fizioterapevt: "Bu ayaqqabıları geyindikdə daban pəncədən daha hündür olur, o zaman da bədən tarazlığı itir. Bədən tarazlığı itəndə isə qamət arxaya gedir və bütün onurğa sütununa, sinirlərə, diz oynaqlarına qüvvət düşür ki, bu ağrılara səbəb olur”.

Bununla da bitmir, dikdabanlarda ayağın önə doğru əyilməsi ayaq əzələlərinin qısalmasına və yararsız hala düşməsinə səbəb ola bilər. Araşdırmalar göstərir ki, bədən ağırlığının 60 faizi topuqda, 40 faizi isə barmaqlarda daşınır. Ancaq dikdabanlarda bütün yük barmaq uclarına düşür və bu yaralanmalara, sümük çıxılmalarına gətirib çıxarır. 

İsmayıl Əsgərov – Cərrah-fileboloq: "Uzun müddət hündürdaban ayaqqabı geyinmək fonunda xüsusən pəncənin ön hissəsi barmaq nahiyəsində yüklənmə artır. Bu davamlı olaraq barmaq nahiyəsində ağrılarla yanaşı ayaqqabının sıxmağa məruz qaldığı yerlər tərəfdə döyənəklər də yarana bilir”.

Bu tip ayaqqabılar təkcə sümük və əzələyə yox ayaqdakı damarlara da öz mənfi təsirini göstərir.

İsmayıl Əsgərov – Cərrah-fileboloq: "Hündürdaban ayaqqabı geyinmək ayağın, daha doğrusu pəncənin biomexanik yük balansını pozur bunun nəticəsində ayaqda müxtəlif tip ağrılar, deformasiyalarla yanaşı damar patalogiyaları baş verə bilir”.

Ekspertlər bildirir ki, ən təhlükəli hesab edilənlər dabanı hündür və ucu dar ayaqqabılardır. Bu ayaqqabıları seçərkən əsas diqqət etməli olduğumuz məqam dabanın nə qədər hündür olmasıdır.

Aysel Davudqızı – Rəssam-Modelyer: "Stilettolara önəm verirlərsə 55 milimetr - 70 millimetrə üstünlük verməlidirlər. Eyni zamanda platformaya üstünlük versinlər, çünki platforma tənzimliyi qoruyur və xanımların onurğa sütununa daha az ağırlıq düşməsinə səbəb olur”.

Unutmuyaq ki, sağlamlığımız hər şeydən üstündür. Kimlərəsə gözəl görünmək adına sağlamlığımızı təhlükə altına atmağımız isə özümüzə haqsızlıqdır. 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->