Xəbər lenti

İcazəsiz ova cəhd edən şəxslər saxlanıldı
Ölkə 18:36 25.12.2018

İcazəsiz ova cəhd edən şəxslər saxlanıldı

Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən Qaradağ rayonunda keçirilən reyd zamanı icazəsiz ova cəhd edən 2 şəxs saxlanılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Qaynarinfo-ya verilən xəbərə görə, araşdırma zamanı brakonyerlərin Qaradağ rayon sakini Ramil Məhəmmədeminov və Cəlilabad rayon sakini Tural Aslanov olduğu müəyyən edilib.

Onlardan 2 ov tüfəngi götürülüb.

Faktla bağlı təqsirkarlar barəsində protokollar tərtib olunub və onlara, ümumilikdə, 2000 manat məbləğində cərimə tətbiq edilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->