Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısına yeni müavin təyin olunub.
İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı icra başçısı Taleh Qaraşov sərəncam imzalayıb.
Sərəncamla İsmayılova Ülkər Şakur qızı icra başçısının müavini - Ərazi təşkilat və ictimai – siyasi məsələlər şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Ülkər İsmayılova bu vəzifəyə qədər Lənkəran ŞİH başçısının Girdəni kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışıb.
Şərhlər