Xəbər lenti

Nazir idarə rəisi Əkbər Novruzovu təqaüdə göndərib
Ölkə 17:41 15.07.2026

Nazir idarə rəisi Əkbər Novruzovu təqaüdə göndərib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi vəzifəsindən azad olunub. 

Qaynarinfo-nun məlumatına görə, bu barədə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun bir müddət əvvəl imzaladığı müvafiq əmri ilə sözügedən idarənin rəisi, polkovnik Əkbər Novruzov vəzifəsindən azad olunaraq, təqaüdə göndərilib. 

Onun yerinə polkovnik-leytenant Əmir Səmədov təyin olunub.

Qeyd edək ki, polkovnik Əkbər Novruzov 2023-cü ilin avqust ayında Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini vəzifəsindən azad olunaraq, sözügedən vəzifəyə təyin olunmuşdu. 

Əhməd

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->