Siyasət 11:50 27.05.2018

İlham Əliyev Fransanın Avropa və xarici işlər nazirini qəbul edib

Bu gün Azərbaycan prezidenti İlham Əliyev Fransanın Avropa və xarici işlər naziri Jan-İv Lö Drianı qəbul edib.

Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Jan-Iv Lö Drianın Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı Azərbaycana rəsmi səfəri bu gün başlayıb. XİN başçısı Cümhuriyytlə nin 100 illik yubileyinə  həsr edilmiş bir sıra tədbirlərdə iştirak edəcək.

Jan-Iv Lö Drianın birinci vitse-prezident Mehriban Əliyeva, xarici işlər naziri Elmar Məmmədyarov və maliyyə naziri Samir Şərifovla da görüşü nəzərdə tutulub. Görüşlər zamanı gündəmdə olan beynəlxalq məsələlər və ikitərəfli əlaqələr müzakirə ediləcək. Fransa və Azərbaycan arasında iqtisadi sahədə yeni sazişlərin imzalanacağı gözlənilir.

Fransa XİN başçısı bu gün Azərbaycan - Fransız Universitetinə (UFAZ) də səfər edəcək. Nazir Azərbaycan Xalq Cümhuriyyətinə  həsr olunmuş Fransa Respublikası Avropa və Xarici İşlər Nazirliyinin fondunun arxiv sərgisinin rəsmi açılışına qatılacaq, eyni zamanda universitetin bir qrup tələbəsi ilə görüş keçirəcək.