Siyasət 16:20 21.10.2021

İlham Əliyev şəhid ailələri ilə bağlı qanuna dəyişiklik etdi

"Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib. 

Qaynarinfo xəbər verir ki, bununla bağlı qanunu Prezident İlham Əliyev təsdiqləyib.

Dəyişliyə əsasən, qanunun üçüncü maddəsinə bu hissə əlavə edilir:

- sosial iş yerlərinin və işsiz şəxslərin özünüməşğulluğunun, habelə peşə hazırlığının təşkili zamanı onlara üstünlük verilir.