Siyasət 20:11 28.11.2021

İran, Azərbaycan və Türkmənistan arasında qaz mübadiləsi sazişi imzalandı

Aşqabadda İran, Azərbaycan və Türkmənistan arasında qaz mübadiləsinə dair üçtərəfli saziş imzalanıb.

Bu barədə Qaynarinfo "Report”a istinadən xəbər verir.

Qeyd olunub ki, imzalanma mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi iştirak edib.

Müqaviləyə əsasən, Türkmənistandan İran vasitəsilə Azərbaycana ildə 1,5-2 milyard kubmetrədək qaz göndəriləcək.