Xəbər lenti

İran: Etiazları yatırda bilməyən vali köməyə Tehrandan yeni qüvvələr çağırdı
Dünya 09:40 19.11.2019

İran: Etiazları yatırda bilməyən vali köməyə Tehrandan yeni qüvvələr çağırdı

İslamşəhrin icra hakimi Məsud Mürsəlpur şəhər ərazisində keçirilən nümayişləri yatıra bilmədiklərini etiraf edib.

 

Qaynarinfo Gunaz.tv-yəö istinadla bildirir ki, o, etirazların yatırılması üçün Tehran və digər yaxın əyalətlərdən əlavə qüvvələrin göndərilməsinə ehtiyac olduğunu deyib.

 

İcra hakimi etirazların miqyası və baş verən digər hadisələrlə bağlı açıqlama verməyib.

 

İran hökuməti interneti kəsdiyindən, hələ ki, İslamşəhrdə nələrin baş verdiyi ilə bağlı ətraflı məlumat əldə etmək mümkün deyil. Lakin ölkə rəsmiləri bu gün şəhər ərazisində etirazçılarla təhlükəsizlik qüvvələri arasında baş verən qarşıdurmalar nəticəsində 1 nəfərin öldüyünü təsdiqləyiblər.

 

Yayılan rəsmi xəbərlərə əsasən, kəskin etirazlar səbəbindən İslamşəhrdə, eləcə də Robat Kərim və Şəhriyar rayonlarında bütün məktəblərdə sabah tətil elan edilib.

 

Xatırladaq ki, 1994-cü ildə ictimai nəqliyyatda gediş haqqının 30% bahalaşmasından sonra da İslamşəhrdə böyük etiraz aksiyaları keçirilmişdi. Həmin etirazları "Sepah" terror təşkilatının "Sarullah" qərargahı 50 günahsız insanı öldürərək xüsusi amansızlıqla yatırmışdı.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->