İran Dövlət Televiziyası azı 40 nəfərin öldüyü haqda xəbər yaysa da, adının çəkilməsini istəməyən rəsmi şəxslər yüzlərlə adamın öldüyünü bildiriblər.
16:16
İranda 8 bal gücündə zəlzələ baş verib.
Qaynar.info-nun məlumatına görə, zəlzələnin episentri İran-Pakistan sərhədidir.
Zəlzələnin bütün Yaxın Şərq ölkələrində hiss edildiyi bildirilib.
Zəlzələnin təsiri o qədər güclü olub ki, hətta Hindistanın paytaxtı Yeni Dehlidə hiss olunub. BBC-nun məlumatına görə, yeni Dehlidəki hündürmərtəbəli binalar silkələnib. Hökuməti həmin binalardan insanların təxliyyə olunmasını əmr edib.
İran rəsmiləri dağıntı və tələfat barədə heç bir məlumat verməyiblər.
Qaynar.info
Şərhlər