İran ərazisində zəlzələ baş verib.
AMEA Respiublika Seysmoloji Xidmət Mərkəzindən Qaynarinfo-ya verilən məlumata görə, noyabrın 11-də yerli vaxtla saat 04:58-də Naxçıvan stansiyasından 83 km cənub-qərbdə İran ərazisində zəlzələ qeydə alınıb.
Maqnituda 4.4 olan, 2 km dərinlikdə baş verən zəlzələ Azərbaycanın Culfa və Ordubad rayonlarında zəif hiss olunub.
Şərhlər