İrandan səs gəlmir, etiraz aksiyaları bitdimi?.. (İCMAL)

İrandan səs gəlmir, etiraz aksiyaları bitdimi?.. (İCMAL)

"İranda baş verən aksiya əhalinin hər birinə hansısa formada – həm maddi, həm mənəvi, həm də insan itkisi baxımından ziyan vurub. Odur ki, bu aksiyaların belə tezliklə yatacağı və ya birdəfəlik bitəcəyini hesab etmək olmaz”. 

Qaynarinfo xəbər verir ki, bu sözləri İranda baş verən aksiyaların sakit şəkildə yatırılmasının, sanki qəfildən sükuta qərq olmasının səbəblərini şərh edərkən "Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi icmalçı Sədrəddin Soltan deyib. 
 

İcmalçının sözlərinə görə, məkanından asılı olmayaraq istənilən yerdə bir tələb irəli sürülürsə, deməli, ölkədə etiraz var: 
 
"Tələblər etiraz nəticəsində ortaya çıxır. İrandakı axırıncı etiraz aksiyasının tələbi isə yanacağın qiymətinin qaldırılmasına qarşı idi. Yəni İran əhalisinin yarısı yanacağın bahalaşmasına etiraz edirdi”.

İran hökumətinin aksiya iştirakçılarının tələbinə münasibətindən danışan Sədrəddin Soltan qeyd edib ki, bu tələb qarşılığında hakimiyyət ölkənin müəyyən təbəqəsi üçün kompensasiya verdi:  "Bu, kompensasiyanın məbləğidə ilkin mərhələdə hər ailəyə 5-10 dollar deməkdir. Ancaq bu, müəyyən bir müddət üçündür”. 
 
Bu kompensasiyalrın gələcəkdə də davam etdirilə bilinməsindən danışan ekspert əlavə edib ki, əvvəllər də İranda müxtəlif gündəlik tələbat malları ilə bağlı aztəminatlı ailələrə güzəşt kartları və yaxud da təzminatlar verilib: "Sonrakı mərhələdə Əhməd Nejat hökuməti kompensasiyaları ləğv etdi. 2010-cu ildə İranda bu kompensasiyalar ilə bağlı çox böyük etiraz aksiyası oldu.
 
Bu gün isə dövlət elə ehtimal edir ki, bunu gələcəkdədə davam etdirə biləcək, ancaq İranın elə bir büdcəsi yoxdur ki, 19 milyon ailəyə hər ay 5-10 dollar məbləğində kompensasiya versin.  Məsələn, İran Prezidenti Həsən Ruhani elan elədi ki, ölkədə maliyə qıtlığı var. Ölkənin maliyyə qıtlığı varsa, bu ödənişlər necə aparılacaq? Təbii ki, çətinliklər olacaq. 

Bu baxımdan İranda tələblər ödənilmədiyindən etirazları hələ də qalmış hesab etmək olar və  növbəti mərhələdə, yəni bir müddət sonra aksiyaların yenidən başlayacağı istisna olunmur.

Əlavə etmək lazımdır ki, aksiyaların yatırılması zamanı çoxlu sayda – müxtəlif rəqəmlər deyilir, məsələn, bəziləri 200, bəziləri 300 dinc əhalinin qətlə yetirildiyini bildirir, - yüzlərlə insan yaralanıb, minlərlə insan həbs olunub. İranda baş verən aksiya əhalinin hər birinə hansısa formada – həm maddi, həm mənəvi, həm də insan itkisi baxımından ziyan vurub. Odur ki, bu aksiyaların belə tezliklə yatacağı və ya bir dəfəlik bitəcəyini hesab etmək olmaz. Bu aksiyalar yenidən davam edəcək. Bunun növbəti mərhələsinin necə, harda, hansı şüarlarla olacağı artıq başqa məsələdir. Bu gün İranda elan olunmamış fövqəladə vəziyyət var və belə bir halda vətəndaşların küçəyə çıxıb etiraz eləməsi çətin və mümkün deyil. İndi İranda hakimiyyət müxtəlif vədlər verir, hakimiyyət nümayəndələri onlarla söhbət aparır. Çıxışlar edir, təbliğat aparırlar”. 

ABŞ-ın Yaxın Şərqə 14 min canlı hərbi qüvvə göndərməsinin İrana təsirlərindən də danışan şərhçi əlavə edib ki, ABŞ-ın bu bölgədəki bütün oyunlarının əsasında, mərkəzində dayanan üç dövlət varsa, biri İrandır:
 
"Çünki ABŞ-ın Yaxın və Orta Şərqdə çox ciddi maraqları, bitib tükənməyən iddiaları və vədləri var. Ona görə də ABŞ bu ərazilərdə güclənməlidir. ABŞ-ın burdakı güclənməsi təkcə İrana deyil, Çin, Hindistan və Şərqi Asiyadakı ölkələrə nəzarət etməsi deməkdir”.

Qeyd edək ki, noyabrın 15-də İran hakimiyyəti güzəştli benzin və başqa yanacağın qiymətini artırıb. Bundan sonra kvota çərçivəsində yanacağın qiyməti 15 min rial (0,353 dollar), ondan xaric isə 30 min rial (0,76 dollar) olacaq. Benzinin əvvəlki qiyməti 10 min rial (0,235 dollar) olub. Buna etiraz olaraq İranın bir çox bölgəsində əhali küçələrə çıxaraq aksiyalara başlayıb.

Aksiyalar zamanı 218 nəfər öldürülüb. Öldürülənlərdən 87 nəfəri Tehran əyalətinin payına düşür. Ölənlər arasında isə yaşı 18-ə çatmamış 20 uşağın olduğu bildirilir. Bundan əlavə, aksiyalar zamanı 4523 nəfər həbs edilib.

Günay İlqarqızı
Blogum-Qaynar
XƏBƏRLƏR
BLOGLAR