İranlı deputatdan şok: “Virusdan hələ 11 gün əvvəl təkcə Qumda 50 nəfər ölüb”

İranlı deputatdan şok: “Virusdan hələ 11 gün əvvəl təkcə Qumda 50 nəfər ölüb”

İran Məclisinin millət vəkili Əhməd Əmirabadi Fərəhani İranın Qum şəhərində COVID-19 koronavirusu ilə yoluxma nəticəsində 50 nəfərin öldüyünü deyib. 

Qaynarinfo-nun xəbərinə görə, bu barədə 24 fevral bazar ertəsi günü Associated Press məlumat verib.

Siyasətçinin sözlərinə görə, bu sayda ölüm hadisəsi fevralın 13-də qeydə alınıb, koronavirusdan ölüm barədə ilk rəsmi elan isə fevralın 19-da ortaya çıxıb.

Fərahani hökumət tərəfindən koronavirusun yayılmasının qarşısını almaq üçün hər hansı bir konkret hərəkət görmədiyini və bəzi tibb işçilərinin Qumdan tamamilə ayrıldığını qeyd edib.

İran Səhiyyə Nazirliyi rəhbərinin müavini İrəc Hərirçi koronavirusdan ölənlərin sayının 12 olduğuna israr edərək Fərəhaninin iddialarını rədd edib. O, əlavə edib ki, təsdiqlənmiş yoluxma hallarının sayı 61-ə çatıb, şübhəli xəstəliyi olan 900 nəfər isə müayinə olunur.

Hərirçi millət vəkillərinin koronavirus statistikası haqda məlumatının olmadığını, buna görə də bu məlumatları digər xəstəliklərdən, məsələn, qripdən ölüm halları ilə qarışdıra biləcəklərini vurğulayıb. 

Bir gün əvvəl İran Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Kianuş Cahanpur isə ölkədə təsdiqlənmiş koronavirus infeksiyası hallarının ümumi sayının 43-ə yüksəldiyini, onlardan səkkizinin ölümcül olduğunu bildirib.

Fevralın 20-də Cahanpur mediaya açıqlamasında Qum və Arak bölgələrində COVID-2019-a yoluxmayla xəstəxanaya yerləşdirilmiş üç xəstənin olduğunu təsdiqləyib. Bir gün əvvəl iki İran vətəndaşı Qumda növ koronavirusdan ölüb. Qumda karantin zonası yaradılıb.

Fevralın 20-də İraq hakimiyyəti koronavirus ilə mübarizə tədbirləri çərçivəsində İraq Hava Yolları milli aviaşirkətinin İrana uçuşlarının dayandırıldığını elan edib.
 
Alpər
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR