İraqda ilk dəfə qadın prezidentliyə namizəd olacaq.
Qaynarinfo xəbər verir ki, kürdlərin İraqdakı üçüncü ən böyük partiyası hesab edilən "Goran” hərəkatının baş katibinin keçmiş müavini Sarva Əbdülvahid prezidentliyə namizəd olacağını açıqlayıb.
O, İraqın ilk qadın prezidenti olmağa iddialı olduğunu bildirib. Sarva Əbdülvahid müstəqil olaraq prezidentliyə namizədliyini irəli sürəcəyini və bütün İraqı təmsil edəcəyini deyib.
Şərhlər