Xəbər lenti

Hamburqda 100 milyon avroluq kokain ələ keçirildi
Dünya 19:03 27.09.2024

Hamburqda 100 milyon avroluq kokain ələ keçirildi

Almaniya hüquq-mühafizə orqanlarının əməkdaşları Hamburqda iki tondan çox kokain müsadirə ediblər. 

Qaynarinfo xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.

"Bu, mühüm nailiyyətdir və həbslərin də daxil olduğu cari əməliyyatda ən böyük ələ keçirmələrdən biridir", deyə Hamburqun daxili işlər üzrə senatoru Endi Qrot bildirib.

O əlavə edib ki, "qara bazar”da olan bu dərman partiyası təxminən 100 milyon avro dəyərində qiymətləndirilir.

Agentliyin məlumatına görə, 12 şübhəli saxlanılıb. Kokain daşınma konteynerində olan banan qutularında qablaşdırılıb. İstintaq avqust ayında xarici tərəfdaşlardan bu partiyanın mümkün tədarükü barədə məlumat aldıqdan sonra başlayıb.

Bu ilin iyununda Almaniya hüquq-mühafizə orqanları ölkənin 7 federal əyalətində əməliyyat keçirib və bu əməliyyat zamanı rekord həddə - 35 ton kokain ələ keçirilib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->