Çirkli hava beyinə necə təsir edir?

Çirkli hava beyinə necə təsir edir?

İngiltərənin "Warwick" Universitetinin tədqiqatçıları çirkli havanın insanlara təsirini araşdırıb.

Qaynarinfo xəbər verir ki, prosesdə 34 min insan iştirak edib. Tədqiqatın nəticəsində məlum olub ki, uzun müddət çirkli havaya sahib ərazidə yaşamaq beyinə ciddi zərər vurur. Çirkli hava ilə nəfəs alan şəxslərdə ciddi yaddaş pozğunluğu, beynin qocalması müşahidə edilir. Alimlərə görə, çirkli havası olan bölgənin sakininin 50 yaşı varsa, 60 yaşlı şəxsin yaddaşına sahibdir. 

Qeyd edək ki, daha əvvəl çirkli havanın heyvanlara təsiri tədqiq edilmiş, oxşar nəticələr əldə edilmişdi.

Gülşən
XƏBƏRLƏR
BLOGLAR