Xəbər lenti

İsrail ordusu:
Dünya 12:17 02.12.2023

İsrail ordusu: "HƏMAS Qəzzada 5 əsiri öldürüb"

İsrail Müdafiə Qüvvələrinin (IDF) nümayəndəsi Daniel Həcəri Qəzzada saxlanılan 5 israilli girovun HƏMAS yaraqlıları tərəfindən öldürüldüyünü təsdiqləyib.

Qaynarinfo DW-yə istinadən xəbər verir ki, həlak olanların ailələrinə yaxınlarının ölümü barədə artıq məlumat verilib. Onlardan birinin cəsədi İDF əsgərləri tərəfindən İsrailə qaytarılıb.

"Bu, Səhiyyə Nazirliyinin ekspert komissiyasının Məhkəmə Tibb İnstitutu, İsrailin baş ravvini və Dini İşlər Nazirliyi ilə birlikdə toplanmış kəşfiyyat məlumatları əsasında onların ölümünü müəyyən etməsindən sonra baş verib", deyə IDF nümayəndəsi bildirib.

Qeyd edək ki, ötən həftə İsrail və HƏMAS girovları fələstinli məhbuslarla dəyişdirmək üçün müvəqqəti atəşkəs barədə razılığa gəliblər. Bu müddət ərzində yaraqlılar atəşkəsi pozmağa davam etsə də, onlarla insanı azad etmək mümkün olub. 

Artıq dekabrın 1-də atəşkəs rejiminin daha bir gün uzadılacağı vaxt İsrail ordusu Qəzza zolağında və HƏMAS qruplaşmasına qarşı hərbi əməliyyatların bərpa olunduğunu elan edib. Məlum olub ki, yaraqlılar yenidən İsrail ərazisini atəşə tutub.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->