Türkiyədə terror aktında xəsarət alanların sayı 81 nəfərə çatıb.
Qaynarinfo xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Vitse-prezidenti Fuad Oktay deyib.
O, qeyd edib ki, terror aktını qadın törədib.
"Hücumçu bombanı partladan qadın olub. Nəticədə 6 nəfər ölüb, yaralıların sayı 81 nəfərə çatıb, yaralılardan ikisinin vəziyyəti ağır qiymətləndirilir”, - Fuad Oktay bildirib.
Hadisə terror aktı kimi qiymətləndirilir.
19.40
Türkiyənin İstanbul şəhərinin Bəyoğlu məhəlləsi, İstiqlal küçəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 6 nəfərə, yaralıların sayı 53-ə çatıb.
Qaynarinfo xəbər verir ki, bu barədə İstanbul valisi Ali Yerlikaya tviter hesabında yazıb.
"Təəssüf ki, İstiqlal küçəsində baş verən partlayış zamanı ölənlərin sayı 6 nəfərə yaralıların sayı 53-ə çatdı. Həyatını itirənlərə Allahdan rəhmət, yaralılara tezliklə sağalmalarını diləyirik", - o tivter hesabında yazıb.
18.53
Türkiyənin İstanbul şəhərinin Bəyoğlu məhəlləsi, İstiqlal küçəsində baş verən partlayış nəticəsində 4 nəfər ölüb, 38 nəfər yaralanıb.
Qaynarinfo xəbər verir ki, bu barədə İstanbul valisi Ali Yerlikaya tviter hesabında yazıb.
"İstiqlal küçəsində baş verən partlayış zamanı ilkin məlumata görə, 4 nəfər həyatını itirib, 38 nəfər yaralanıb. Yaralılarımız müalicə olunur.
Həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara isə tezliklə şəfa diləyirik", - o tivter hesabında yazıb.
Vali qeyd edib ki, hadisə ilə bağlı ictimaiyyətə məlumat veriləcək.
18.01
Türkiyənin İstanbul şəhərində turistlər üçün nəzərdə tutulmuş İstiqlal küçəsində partlayış baş verib.
Qaynarinfo xəbər verir ki, bu barədə TRT telekanalı məlumat yayıb.
Taksim meydanı yaxınlığında qeydə alınan partlayışın səbəbi məlum deyil.
Hadisədən sonra əraziyə təcili yardım və polis briqadaları göndərilib.
Partlayış nəticəsində ölən və yaralananlar var. İstanbul valisi Ali Yerlikaya bildirib ki, yaralı sayı 11 nəfərdir. Ölənlərin sayı açıqlanmır.
Hadisə yerinə polis, səhiyyə, xilasetmə qrupları cəlb edilib.
Şərhlər