Xəbər lenti

SIPRI: Çin bir il ərzində nüvə başlıqlarının sayını 20 faiz artırıb
Dünya 16:00 16.06.2025

SIPRI: Çin bir il ərzində nüvə başlıqlarının sayını 20 faiz artırıb

Çin Xalq Respublikası 2025-ci ildə öz nüvə arsenalını 100 ədəd yeni başlıqla genişləndirərək 600-dən çox nüvə başlığına sahib olub. 

Qaynarinfo xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) hesabat yayıb.

Qeyd olunur ki, hazırda Çinin nüvə başlıqlarının sayı birlikdə Böyük Britaniya və Fransanın arsenalını geridə qoyur. SIPRI analitiklərinin bildirdiyinə görə, Pekin hazırda nüvə arsenalını dünyada ən sürətlə genişləndirən ölkədir.

İnstitutun məlumatına əsasən, 2023-cü ildən başlayaraq Çin hər il təxminən 100 yeni başlıq istehsal edir ki, bu da ölkənin nüvə potensialının kəskin artımına işarədir.

2025-ci ilin yanvar ayına olan vəziyyətə görə, Çin ölkənin şimalında yerləşən üç səhralıq bölgə və şərqdəki üç dağlıq ərazidə 350-dən çox qitələrarası ballistik raket (ICBM) üçün yeni şaxtaların tikintisini tamamlayıb və ya tamamlamağa yaxındır. Əgər bu temp davam edərsə, Çin bu onilliyin sonuna qədər Rusiya və ABŞ-la raket sayı baxımından bərabərləşə bilər.

Hazırda isə Çin dünya üzrə üçüncü ən böyük nüvə arsenalına malik ölkədir və yalnız Rusiya (5 459 ədəd) və ABŞ-dan (5 177 ədəd) geri qalır. SIPRI xatırladır ki, bu iki ölkə planetdəki bütün nüvə silahlarının təxminən 90 faizinə nəzarət edir.

2025-ci ildə dünyadakı ümumi nüvə başlıqlarının sayı 12 241 olaraq qeydə alınıb. Bu, ötən illə müqayisədə azalma demək olsa da (2024-cü ildə 12 405 ədəd idi), döyüşə hazır vəziyyətdə olan nüvə başlıqlarının sayı əksinə, 29 ədəd artaraq 9 614-ə çatıb. Bu isə qlobal miqyasda artan təhlükənin göstəricisidir.

SIPRI vurğulayır ki, iri dövlətlərin nüvə silahlarını modernləşdirməsi və yeni sistemlərin yerləşdirilməsi dünyadakı geosiyasi gərginliyi artırır və qarşıdurma risklərini gücləndirir.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->