XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Daha üç cüdoçumuz veteranlar arasında medal qazandı
İdman21:21 21.09.2026

Daha üç cüdoçumuz veteranlar arasında medal qazandı

Azərbaycan cüdoçuları Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən veteranlar arasında dünya çempionatında daha üç medal qazanıblar.

Azərbaycan Cüdo Federasiyasından Qaynarinfo-a verilən məlumata görə, M3 yaş kateqoriyasında Şıxrəcəb Şıxmuradov, Əhməd Məmmədov (hər ikisi 73 kq) və M4 yaş kateqoriyasında Anar Ağayev (90 kq) mundialı bürünc medalla başa vurublar.

Xatırladaq ki, ilk yarış günündə Məmmədəli Mehdiyev (100 kq) qızıl, Əbülfət İsmayılov (60 kq), Mahir Abbasov (81 kq) və Coşqun Abdullayev (90 kq) isə bürünc medala sahib çıxıblar.