XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Bakı-Ələt-Astara yolunda yanğın başlayıb (VİDEO)
Ölkə19:21 21.09.2026

Bakı-Ələt-Astara yolunda yanğın başlayıb (VİDEO)

Bakı-Ələt-Astara magistral yolunun 103-cü kilometrliyində açıq ərazidə yanğın baş verib.

Qaynarinfo xəbər verir ki, bu haqda Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Havanın küləkli olması yanğınla mübarizə tədbirlərini çətinləşdirsə də, hazırda yanğının yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Əlavə məlumat veriləcək.