Xəbər lenti

Yaşlı amerikalılar Trampın miqrant siyasətinə görə baxıcısız qala bilər
Dünya 19:14 16.06.2025

Yaşlı amerikalılar Trampın miqrant siyasətinə görə baxıcısız qala bilər

ABŞ-ın yaşlı vətəndaşları prezident Donald Trampın qeyri-qanuni mühacirlərə qarşı apardığı mübarizəyə görə baxıcılarını və ev köməkçilərini itirə bilər. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg" ABŞ hökumətinin məlumatlarına istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, özəl səhiyyə sektorunda çalışan hər beş işçidən biri ABŞ-a başqa ölkədən gəlib.

Amerika əhalisi yaşlandıqca belə yardıma tələbatın artacağı gözlənilir. Sənaye bu vəzifələr üçün getdikcə daha çox miqrantlara etibar edir. Hökumətin məlumatlarına görə, əcnəbilər özəl tibb işçilərinin 40%-dən çoxunu və baxıcıların təxminən 30%-ni təşkil edir.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->