Xəbər lenti

Ancelina Coli gəncliyini necə qoruyur?
Maqazin 21:45 16.06.2025

Ancelina Coli gəncliyini necə qoruyur?

Hollivud ulduzu Ancelina Coli öz gənc görünüşünü qorumaq üçün lazerlə dəri yeniləmə prosedurları və botoks etdirməklə yanaşı, qidalanmasına da xüsusi diqqət yetirir. 

Qaynarinfo xəbər verir ki, bu barədə "In Touch Weekly" nəşri ulduza yaxın mənbəyə istinadla məlumat yayıb.

Mənbənin sözlərinə görə, 50 yaşlı Coli uzun illərdir dərisini günəş şüalarından qoruyur və mütəmadi olaraq dermatoloqa müraciət edir. Aktrisa son vaxtlar "dərinin teksturasını düzləndirmək və onu dartmaq üçün bir neçə ciddi lazer proseduru" keçib. Həmin şəxs həmçinin bildirib ki, Coli vaxtaşırı botoks etdirir və sağlam qidalanmanı prioritet hesab edir.

"Keçmişdə Coli stres altında olanda iştahasını tamamilə itirirdi və kifayət qədər qida qəbul edə bilmirdi. Amma indi balanslaşdırılmış qidalanma uğrunda ciddi səylər göstərir və nəticəsi göz önündədir - o, son illərdə olduğundan daha sağlam görünür", deyə mənbə vurğulayıb.

Qeyd edək ki, 2024-cü ilin dekabrında "People" nəşri Ancelina Coli və Bred Pittin boşanma prosesini rəsmi şəkildə başa çatdırdıqlarını yazmışdı. Məlumata görə, sənədlər 30 dekabr tarixində imzalanıb. Colinin vəkili Ceyms Saymon bildirib ki, bu proses artıq səkkiz ildir davam edir və bu mərhələnin sona çatması aktrisa üçün böyük yüngüllükdür. Pittin vəkili isə bu məsələ ilə bağlı şərh verməkdən imtina edib.

Ancelina Coli və Bred Pittin altı övladı var: oğulları Məddoks Şivan, Paks Tien və Noks Leon, qızları Zaxara Marli, Şaylo Nuvel və Viven Marşelin.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->