Xəbər lenti

Prosport Gimnastika Klubunun 3-cü Beynəlxalq Turniri keçirildi
İdman 20:10 16.06.2025

Prosport Gimnastika Klubunun 3-cü Beynəlxalq Turniri keçirildi


Prosport Gimnastika Klubunun təşkilatçılığı ilə 3-cü ənənəvi xarakter daşıyan beynəlxalq ritmik gimnastika turniri (3rd FCHAİN Cup in Rhythmic Gymnastics) keçirilib.

Qaynarinfo xəbər verir ki, yarışda Gürcüstan, Mərakeş, Fransa və Serbiyadan olan gimnastlarla yanaşı, Azərbaycanın müxtəlif klublarını təmsil edən yeniyetmələr də iştirak ediblər. Ümumilikdə turnirdə 150-yə yaxın gimnast gücünü sınayıb.

Turnirin təşkilatçıları – beynəlxalq və milli dərəcəli hakimlər və məşqçilər Leyla Hüseynli və Samirə Səlimzadə bildiriblər ki, bu cür yarışlar yeniyetmə gimnastlara əlavə motivasiya verir və onların inkişafında mühüm rol oynayır.

Qaliblər və mükafatçılar diplom, medal və müxtəlif hədiyyələrlə təltif olunublar. Təşkilatçılar yarış iştirakçılarına gələcək turnirlərdə də uğurlar arzulayıblar.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->