Xəbər lenti

İzmirdə zəlzələ qurbanlarının sayı 35-ə yüksəldi (YENİLƏNİB)
Dünya 19:45 31.10.2020

İzmirdə zəlzələ qurbanlarının sayı 35-ə yüksəldi (YENİLƏNİB)

İzmirdə baş vermiş güclü zəlzələ nəticəsində həlak olanların sayı 35 nəfərə çatıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca bildirib. Onun sözlərinə görə, xəstəxanaya yerləşdirilən 243 yaralının müalicəsi davam etdirilir. Onlardan 8 nəfər reanimasiya şöbəsinə yerləşdirilib, üç nəfərin vəziyyəti ağırdır.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələ bölgəsində vəziyyətlə tanış olmaq üçün İzmirə gedəcək.
 
17:32
 
Türkiyənin İzmir əyalətində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 28-ə yüksəlib.

Bu barədə Qaynarinfo-ya Türkiyə KİV-ə istinadən xəbər verir.
 
 14:10

İzmir şəhərində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 25-ə, xəsarət alanların sayı 831-ə çatıb.

Qaynarinfo-nun məlumatına görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb.

Hazırda səkkiz binada axtarış-xilasetmə işləri davam etdirilir. 100 nəfər dağıntılar altından xilas olunub.
 
 08:58

Oktyabrın 30-da Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 20-yə, yaralıların sayı isə 786-ya çatıb.

Qaynarinfo "Anadolu" agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->