Xəbər lenti

Jurnal naşirinin arvadıyla birgə cəsədi tapıldı
Dünya 11:02 11.12.2019

Jurnal naşirinin arvadıyla birgə cəsədi tapıldı

"Tinkoff-jurnal”ın naşiri Sanciv Rayın Moskvadakı mənzilində vətəndaş nikahıyla birgə yaşadığı həyat yoldaşıyla cəsədi tapılıb.

Qaynarinfo xəbər verir ki, bu haqda "İnterfaks” məlumat yayıb.

Sanciv Ray və həyat yoldaşının ölməsi səhər saatlarında məlum olub. Valideynlərini oyada bilməyən uşaq nənəsinə zəng edib.

Rayın vətəndaş nikahıyla yaşadığı qadının anası dərhal onların mənzilinə gələrək polis və təcili yardıma müraciət edib.

"Mənzilə gələn həkimlər ər-arvadın öldüyünü bildirib. Cəsədlərdə zorakılıq əlamətləri tapılmayıb. Histoloji müayinələr və apataloqoanatomik ekspertiza təyin edilib. Ölümün səbəbi bu prosedurlardan sonra təyin edilə bilər”, - xəbəri verən mənbə deyib.

Jurnalın əməkdaşları "Facebook" səhifəsində bunları yazıb:

"Ray beş il əvvəl TJ-ni yaradıb, onu kiçik bir bank bloqundan indi oxuduğunuz şeyə çevirən adamdır. O, istedadlı rəhbər idi və bu gün biz artıq deməyə söz tapa bilmirik. Bütün jurnal kollektivi yas tutur. Bu gün və sabah buraxılışını dayandırırıq”. 

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->