Türkiyə Cümhuriyyət Xalq Partiyasının İstanbul bölgə sədri Canan Kaftancıoğlu 9 il 8 ay 20 gün müddətinə azadlıqdan məhrum edilib.
Qaynarinfo Türkiyə KİV-inə istinadən xəbər verir ki, C.Kaftancıoğlu 7 il əvvəl sosial şəbəkədə paylaşdığı fikirləri ilə əlaqədar dövləti, dövlət işçisini, ölkə rəhbərini təhqir etmək, xalqı kin və düşmənçiliyə təhrik etmək, terror təşkilatının təbliğatını həyata keçirməkdə günahkar bilinib.
Məlumata görə, Canan Kaftancıoğlu barədə hələlik həbs qərarı verilməyib.
CHP-nin rəhbər şəxslərindən olan Kaftancıoğlu hökmə münasibət bildirib:
""Biz" mövsümü başlayıb. O məğlub oldu, biz udduq, 80 milyon qalib gəldi. Qərardan asılı olmayaraq fikirlərimdən və dediklərimdən daşınmayacam. Çünki "Biz" mövsümü başladı, o məğlub oldu, biz qalib gəldik".
Gülşən
Şərhlər