Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev tutduğu vəzifədən azad edilib.
Qaynarinfonun məlumatına görə, bununla bağlı Daxili İşlər naziri Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, R. Quliyev BDYPİ-nin Kadrlar İdarəsinin rəisi vəzifəsinə təyinat alıb.
Nazirin digər əmri ilə Kamran Əliyev BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsinə gətirilib.
K.Əliyev APA-ya faktı təsdiqləyib.
Xatırladaq ki, K.Əliyev 2018-ci ilin aprel ayınadək bu vəzifədə çalışıb.
Qeyd edək ki, məlum təyinatla bağlı ilk xəbəri "avtosfer.az" saytı yayıb.
Şərhlər