Türkiyənin "Streamline” quru yük gəmisinin rusiyalı şəxsi heyəti əməkhaqqı borclarının ödənilməsi tələbi ilə aclıq elan edib.
Virtualaz.org RİA "Novosti”yə istinadən xəbər verir ki, bu barədə gəminin kapitanı Bəhman Bağırov məlumat verib.
Onun sözlərinə görə, şəxsi heyətin 10 üzvünə beş aydır ki, əməkhaqqı ödənilmir. Bağırov onu da qeyd edib ki, gəminin sahibi məhkəmə prosesini bəhanə gətirərək, guya ki bunun maaşı ödəməyə mane olduğunu bildirir. Kapitan bu iddiaları bəhanə hesab edir.
"Bütün mümkün olan instansiyalara müraciət etmişik, nəticə yoxdur”, - Bağırov deyib.
O əlavə edib ki, gəminin sahibi olan şirkətin başçısı dənizçilərlə əlaqəyə girmir, "onun köməkçisi Ceyhun Muradəliyev isə bizi aldadır”.
Şərhlər