İdman 19:00 03.02.2023

Karyerasını bitirən məşhur oyunçuya bir günlük müqavilə təklif olundu

Bir neçə gün öncə karyerasını bitirən təcrübəli reqbi oyunçusu Tom Brediyə maraqlı müqavilə təklif olunacaq.

Qaynarinfo-nun məlumatına görə, keçmiş komandası "New England Patriots" Brediyə bir günlük müqavilə təklif etməyə hazırlaşır. Bu haqda xarici mətbuata açıqlamasında sözügedən klubun sahibi Robert Kraft bildirib. 

"Bunu təkcə mən istəmirəm, azarkeşlərimiz də tələb edir... O, bizim üçün vətənpərvər olub və həmişə də olacaq. Bu müqavilə ilə Tom Bredinin aktiv idman həyatı "New England Patriots" forması ilə başa çatacaq. Bu yolla onun 20 il ərzində bizə göstərdiyi xidmətlərin qarşılığını azacıq da olsa, verə biləcəyik. Müqavilə təklifimizi qəbul etməsi üçün əlimizdən gələni edəcəyik", deyə Robert Kraft bildirib.

Bredi ötən ilin yanvarında karyerasını bitirdiyini açıqlasa da, bir müddət sonra fikrini dəyişmişdi. Karyerasına 2000-ci ildə "New England Patriots"da başlayan və 20 il bu komandada çıxış edən təcrübəli oyunçu 2020-ci ildə "Tampa Bay Buccaneers"ə transfer olunub.

Səbuhi Həsənov