Xəbər lenti

Köçəryanın fikirlərinə reaksiya:
Siyasət 12:13 14.06.2021

Köçəryanın fikirlərinə reaksiya: "Ermənistan hətta Zəngəzuru da itirəcək"

"Yaxın iki ildə Azərbaycan bugünkündən iki dəfə güclü olacaq. Ermənistan nəinki Xankəndi və Xocalını Azərbaycana geri verməli olacaq, hətta Zəngəzuru da itirəcək”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Cümşüd Nuriyev Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın Hadrut və Şuşanı yenidən alacaqları və Dağlıq Qarabağ Muxtar Vilayətinin 1991-ci il sərhədinin bərpa ediləcəyi barədə sərsəm bəyanatına münasibət bildirərkən deyib. Həmsöhbətimizin fikrincə, bu tip layihələr şimal ölkəsindən qaynaqlanır:    

"Tək Köçəryan sayıqlamır, Jirinovski də sayıqlayır. Jirinovski Köçəryandan daha təhlükəli bəyanatlar verib. Açıq şəkildə bildirib ki, Azərbaycanda yerləşdirilən sülhməramlı qüvvələr Rusiya hərbi bazasının gələcəyinin əsasını təşkil edəcək. Görünən odur ki, bütün bu layihələr Rusiya kəşfiyyat orqanları tərəfindən hazırlanıb. Köçəryanın bu sərsəm bəyanatı da Jirinovskinin fikrilərinin davamıdır”. 
 
 

C. Nuriyev bildirdi ki, Köçəryan həmin fikri daxili auditoriyaya hesablanıb və reallıqdan uzaqdır: 

"Dağlıq Qarabağın inzibati sərhədləri bərpa oluna bilməz. Çünki Azərbaycan parlamenti 1991-ci ilin noyabrın 26-da belə bir qurumun ləğv edilməsilə bağlı qərar verib. Hadrutun qaytarılması nağıldır. Şuşa barədə isə heç danışmağa dəyməz. Bu ərazilər Azərbaycan üçün strateji əhəmiyyəti olan yerlərdir. Azərbaycan torpaqlarını azad etmək üçün üç minə yaxın şəhid verib. Ona görə də Köçəryanın sərsəm fikirləri reallıqdan tamamilə uzaqdır. Sadəcə, daxili auditoriya üçün seçkiyə hesablanmış gedişdir. Keçinin şıllaq atması gün batana qədər olduğu kimi, Köçəryanın bu tip bəyanatları da iyunun 19-na qədərdir. Köçəryanın həmin açıqlaması Rusiyanın da marağına uyğun deyil. Köçəryan nə deyir-desin, bunun Azərbaycana heç bir dəxli yoxdur”.  

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->