Video 12:43 30.11.2020

“Kəlbəcəri tək başıma müdafiə edəcəm“ deyən keşiş İrəvana qaçdı (VİDEO)

Dağlıq Qarabağda gedən döyüşlər zamanı əlində Kalaşnikovla Azərbaycanı təhdid edən keşiş Ovannes Ovannisyan İrəvana qaçıb.

Qaynarinfo Yenisabah-a istinadən xəbər verir ki, keşiş 1992-ci ildə Kəlbəcərdə törədilən müharibə cinayətlərinə görə axtarışdq olanlar sırasında idi. O, Dadivank monastrının baş rahibidir.

Xatırladaq ki, Ovannes Ovvanisyan müharibə ərəfəsində, "Tək başıma qalsam belə, Kəlbəcəri müdafiə edəcəm",-sözləri ilə geniş müzakirəyə səbəb olmuşdu.