Nizami Kino Mərkəzində Kino günü ilə bağlı keçirilən tədbirdə qalmaqal yaşanıb.
Qaynarinfo yenicag.az-a istinadən xəbər verir ki, tədbirin sonunda xalq artisti Oqtay Mirqasımovla rejissor Yavər Rzayev arasında əlbəyaxa dava olub.
Məlumata görə, davaya Yavər Rzayevin çəkdiyi film səbəb olub. Belə ki, tədbirin sonunda rejissorun milli kinonun keçdiyi yolu əks etdirən sənədli filmi nümayiş olunub. Filmdə Oqtay Mirqasımovun filmləri yer almadığı, eyni zamanda, ekran işində yanlışlığa yol verildiyi üçün qarşı tərəf qəzəblənib. Arxa qapıdan dəhlizə çıxan rejissorlar əlbəyaxa davaya çıxıblar.
Onları xalq artisti Şəfiqə Məmmədova və Cəfər Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov ayırmağa çalışıb.
Həmin görüntüləri təqdim edirik.
Şərhlər